Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,141
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt

                                                                                 8 NOYABR-ZƏFƏR GÜNÜ

    Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. İşğal altında olan torpaqlarımızın düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlanan İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük müharibə nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi azad edildi. Noyabrın 8-də Prezidentimiz, Ali Baş Ko-mandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əldə olunan razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı. Bununla da xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd-yuvalarına qayıdacaqlar.
    8 noyabr. Bu tarix bizim üçün əzizdir, bizim üçün bayramdır, bizim Zəfər Günümüzdür! Çünki, Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsi-nin sonunda zəfər çalan tərəf oldu. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından-canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin! Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq.
    Sözsüz ki, Vətən müharibəsində qazandığımız qələbə ədliyyə işçiləri üçün də böyük qürurdur, fəxrdir. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan-Ordu birliyi oldu. Xalqımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək, bu Millətin 1813, 1828, 1905, 1918, 1937… və 1988-ci illər qırılan, əzilən Varlığını ayağa qal-dırdı. Artıq işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
    Tarix yazmaq, bir millətin taleyini dəyişmək, sərhədlərini birləşdirmək, bütövləşdirmək coğrafiyası, ərazisi ilə yanaşı, özünü də bütünləşdirmək miqyasagəlməz xidmətdir. Yaşasın Ali Baş Komandan! Yaşasın Şanlı Ordumuz! Qarabağ Azərbaycandır!

    Züleyxa Mustafayeva,
    Tərtər rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən

    Müəllif: Redaktor, 09:50

İsmarıclar bağlıdır.